“Çelsi” heyətini argentinalı oyunçu ilə gücləndirəcək
07.11.2025 - 17:54
“Komо”nun yarımmüdafiəçisi Nikolas Pas “Çelsi”nin maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.
London təmsilçisi 21 yaşlı futbolçunu yaxından izləyir. Ancaq onlar ciddi rəqabətlə üzləşiblər. Belə ki, “Real” keçmiş oyunçusunu geri qaytarmaq üçün mövcud gerialma şərtindən yararlana bilər.
Buna baxmayaraq, “Komо” rəhbərliyi daha sərfəli təklif gələcəyi təqdirdə, Pası “Çelsi”yə satmağa üstünlük verə bilər.
Argentinalı futbolçu cari mövsümdə A Seriyasında 10 oyuna çıxaraq, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
0
0