“Çelsi” onu istəyir
07.01.2023 - 11:23

İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Apasport.az saytı xəbər verir ki, “zadəganlar” Münhenqladbax “Borussiya”sının şərəfini qoruyan Markus Türamı transfer etmək istəyir.
25 yaşlı fransalı hücumçunun xidmətində “Çelsi” ilə yanaşı, Avropanın bir çox tanınmış klubları maraqlıdır.
Qeyd edək ki, Türamın Almaniya komandası ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Fransa millisində də çıxış edən futbolçu bu mövsüm Bundesliqada 15 oyunda iştirak edib və 10 qol vurub.
- “Əcnəbi məşqçiyə 3 dəfə artıq pul verməyin nə mənası var?!“ - MÜSAHİBƏ
- Bəxtiyar Musayev: “Ona çətinlik yaradacaq komanda görmürəm” - MÜSAHİBƏ
- Boyan İliç: "Ən güclü komandalar belə, "Bayer"in öhdəsindən gələ bilməzdi" - Müsahibə
- Messi DÇ-2026-da oynayacaq?
- "Qarabağ" 1/8 finalda "Bayer"lə qarşılaşacaq - YENİLƏNİB
0
0