“Çelsi” Poçettinonu portuqaliyalı ilə əvəzləyəcək
27.02.2024 - 12:18
Londonun “Çelsi” klubu komandanın baş məşqçisi Maurisio Poçettinonun işindən narazıdır.
Apasport.az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, “təqaüdçülər” argentinalını əvəz edə biləcək mütəxəssis seçiblər.
Mənbənin məlumatına görə, İngiltərə klubu “Sportinq”in baş məşqçisi Ruben Amorimlə maraqlanır.
Komandanın nəticələri pisləşərsə, londonlular Paçettinonu portuqaliyalı ilə əvəz edəcək.
Poçettinonun yetirmələri İngiltərə Premyer Liqasında 20 komanda arasında 11-ci yeri tuturlar. London komandasının 25 oyundan sonra 35 xalı var.
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
- Futbolun Ən Böyük Fırıldağı: Ali Dianın Unudulmaz 53 Dəqiqəsi
- III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası baş tutub
- Millimiz Şimali İrlandiyaya darmadağın oldu
- Qurban Qurbanov: "Emosiyalarımı saxlaya bilmədim" - MÜSAHİBƏ
0
0