Uzun müddətdir yaşıl meydanlardan uzaq qalan "Çelsi"nin futbolçusu Koul Palmer yenidən zədələnib.
Apasport.az xəbər verir ki, ingiltərəli vingerin evində keçirdiyi qəza nəticəsində onun ayaq barmağı sınıb.
Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.
23 yaşlı ön xətt oyunçusu Premyer Liqada "Börnli" (22 noyaabr) və "Arsenal" (30 noyabr), Çempionlar Liqasında isə "Barselona"ya (26 noyabr) qarşı oynamayacaq.
Koul Palmer qasıq nahiyəsindo olan zədəyə görə 2 aydan çoxdur London təmsilçisinə kömək edə bilmirdi. İngiltərə millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 10 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Mehman Allahverdiyev: "Onlara elə futbolu bilməyənlər lazımdır ki, pul qazansınlar"
- Tovuzda heyətlər bəlli oldu
- Paris-2024: Boksçumuz gümüş medal qazanıb
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- Aleksandr Ceferin: “Oyun sayı azalsa, maaşlarınız düşəcək”