"Çelsi"nin müdafiəçisi Fransa yolunda
07.12.2025 - 13:55
"Lion" "Çelsi"nin müdafiəçisi Aksel Disasi ilə danışıqlar aparır.
Apasport.az xəbər verir ki, Fransa klubu yanvar ayında mərkəz müdafiəçisi ilə müqavilə imzalamağı planlaşdırır.
Buna əsas səbəb, Klinton Mata və Mussa Niakatenin tezliklə başlayacaq Afrika Millətlər Kubokuna getməsidir.
London klubu 27 yaşlı fransız futbolçunu mövsümün sonuna qədər icarəyə verə bilər.
Qeyd edək ki, Disasi ötən mövsümün ikinci yarısını "Aston Villa"da icarə əsasında keçirib.
- "Benfika"nın baş məşqçisi "Çelsi"ni hörmətsizlikdə günahlandırdı
- III MDB Oyunları: Azərbaycanın daha 6 boksçusu yarımfinala yüksəlib
- “Çempionlar” turnirindən 10 medalla
- "Arsenal" derbidə qalib gəldi, "Yunayted" evdə xal itirdi
- Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlandı
0
0