Cerrard “Əl İttifaq”a "yox" deyə bilmədi
03.07.2023 - 20:32
Stiven Cerrard “Əl İttifaq”ın baş məşqçisi təyin olunub.
Apasport.az saytı xəbər verir ki, ingiltərəli mütəxəssislə bir illik müqavilə imzalanıb.
Cerrard Ərəbistan klubunun təklifindən imtina etsə də, sonda “Əl İttifaq” onu razı sala bilib. O, yeni klubunda illik 20 milyon funt maaş alacaq. 2022-ci ilin oktyabrında uğursuz nəticələrdən sonra “Aston Villa”dan istefaya göndərilən Stiven 2019-2021-ci illərdə “Reyncers”də işləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə “Əl İttifaq” 30 oyunda 37 xal topyaraq, 7-ci yeri tutub.
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Nazir və “Zirə”nin fəxri prezidenti millinin üzvləri ilə görüşdu
- Krunoslav Renduliç: "Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq"
- “Qarabağ” 1 ildir uduzmur – rekord yeniləndi
- “Yuventus” Poqbaya əvəzləyici tapdı
0
0