![Cerrard sabiq “Liverpul”lunu Səudiyyə Ərəbistana aparır](https://apasport.az/storage/news/2023/july/11/big/64ad11fce301a64ad11fce301b168906393264ad11fce301864ad11fce3019.png)
Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, "Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson ərəblərin diqqət mərkəzinə düşüb.
33 yaşlı ingilis “Əl-İttihad” klubuna keçə bilər. “Qırmızılar”ın sabiq futbolçusu Stiven Cerrardın rəhbərlik etdiyi komanda futbolçunun keçidi üçün danışıqlara başlayıb. 2011-ci ildən Mersisayd təmsilçisinin şərəfini qoruyan Hendersonun klubu ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.
Qeyd edək ki, “Liverpul”la bir çox titullar qazanan Cordan karyerası ərzində keçirdiyi 584 matçda 39 qol və 74 assistlə yadda qalıb.