Ceymsə əməliyyat təhlükəsi
16.12.2023 - 13:53
![Ceymsə əməliyyat təhlükəsi](https://apasport.az/storage/news/2023/december/16/big/657d73226e902657d73226e9031702720290657d73226e900657d73226e901.png)
“Çelsi”nin futbolçusu Ris Ceyms əməliyyat olunmaq təhlükəsi ilə üzləşib.
Apasport.az xəbər verir ki, bunu London klubunun baş məşqçisi Maurisio Poçettino açıqlayıb.
O bildirib ki, müdafiəçi əməliyyat oluna bilər. Risin durumuna yaxın günlərdə tam aydınlıq gələcək.
Müdafiəçi Premyer Liqanın XVI turunda zədələnib. O, “Everton”la görüşdə xəsarət alıb.
0
0