ÇL: Finalı idarə edəcək hakim müəyyənləşib
12.05.2025 - 18:28
ÇL: Finalı idarə edəcək hakim müəyyənləşib

UEFA Çempionlar Liqasının final mərhələsinin baş hakiminin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, PSJ - "İnter" qarşılaşmasını Rumıniya Futbol Federasiyasından İstvan Kovaçs idarə edəcək.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Həmçinin UEFA Avropa Liqasının final oyununu ("Mançester Yunayted" - "Tottenhem") Feliks Zvayer, UEFA Konfrans Liqasının son matçını ("Betis" - "Çelsi") isə İrfan Pelyo idarə edəcək.