Mövsümün sonunda “Bayer”lə müqaviləsi başa çatacaq Conatan Tah gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, 29 yaşlı almaniyalı müdafiəçi yayda Leverkuzen klubunu tərk edəcək. O, bu barədə verdiyi açıqlamada “Bayer”lə yeni müqavilə imzalamayacağını və azad agent kimi komandadan ayrılacağını bildirib.
Tahın xidmətində maraqlı olan klublardan biri də “Barselona”dır. Kataloniya təmsilçisi Almaniya millisinin üzvünü heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Conatan Tah 2015-ci ilin iyul ayından “Bayer”in formasını geyinir. Təcrübəli müdafiəçi bu mövsüm klubun heyətində 45 rəsmi oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Qismət Alıyev od püskürdü: "Hakim səhvlərinin qurbanı oluruq" - Müsahibə
- Füzuli Məmmədov üçün çətin hədəf: Əlində kim varsa...
- İngiltərə Kuboku: "Siti" və "Çelsi" 1/8 finalda məğlub olub
- “Turan Tovuz”un komandalarına seminar keçirilib
- Portuqaliya millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb