Darvinin durumuna aydınlıq gəldi
21.10.2022 - 00:01
“Liverpul”un futbolçusu Darvin Nunyesin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp açıqlayıb.
Almaniyalı mütəxəssis bildirib ki, “Vest Hem”lə Premyer Liqa görüşündə xəsarət alan hücumçunun zədəsi ciddi deyil: “Oyunun fasiləsində əzələ problemi üzə çıxdı. İkinci hissə başlayandan az sonra qaçdıqda əziyyət çəkdiyini gördüm. Riskə getmək istəmədəyimizdən onu əvəzlədik. Onu vaxtında meydandan çıxardıq”.
Qeyd edək ki, 1:0 hesablı qələbədə həlledici qolun müəllifi olan uruqvaylı 57-ci dəqiqədə əvəzlənib.
- “Sumqayıt”ın futbolçusu millidə növbəti matçına çıxdı
- Kişi boksçular arasında ölkə çempionatında finalçılar bəlli olub
- Türkiyə millisində itki
- Messi: "Artıq futbolda arzum yoxdur, karyeramda hər şeyə nail olmuşam"
- “Araz-Naxçıvan”ın futbolçusu: "Premyer Liqa və aşağı liqa klubu arasında bir fərq var"
0
0