2026-cı il dünya çempionatında C qrupunun ilk turundan sonra turnir cədvəli formalaşıb.
Apasport.az xəbər verir ki, qrupda liderliyə Şotlandiya yüksəlib.
Avropa təmsilçisi ilk turda Haitini 1:0 hesabı ilə məğlub edərək 3 xal toplayıb.
Qrupun digər oyununda Braziliya və Mərakeş üz-üzə gəlib. Gərgin keçən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra hər iki komanda aktivinə 1 xal yazdırıb.
İlk turun ardından Şotlandiya 3 xalla C qrupuna başçılıq edir. Mərakeş və Braziliya hərəyə 1 xalla 2-3-cü yerləri bölüşür. Haiti isə xalsız sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, C qrupunda növbəti turun oyunları iyunun 19-da keçiriləcək. Həmin gün Şotlandiya Mərakeşlə, Braziliya isə Haiti ilə qarşılaşacaq.