De Zerbi məşhur klubla müqavilə imzalayıb
17.06.2024 - 11:51
![De Zerbi məşhur klubla müqavilə imzalayıb](https://apasport.az/storage/news/2024/june/17/big/666feae9ab6b8666feae9ab6b91718610665666feae9ab6b6666feae9ab6b7.jpg)
"Brayton"dan ayrılan italiyalı mütəxəssis Roberto de Zerbi Fransa çempionatında özünə iş tapıb.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkələrdə məlumat yayıb.
Mənbənin məlumatına görə, məşqçi "Marsel"lə 3 illik əmək müqaviləsi bağlayıb.
Xatırladaq ki, ötən ayın sonunda de Zerbi və "Brayton" qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar. İtaliyalı 2022-ci ildən komandanın baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında klub Premyer Liqanı 11-ci pillədə başa vurub.
0
0