Depay İngiltərəyə qayıdır?
24.08.2022 - 17:46
“Barselona”nın hücumçusu Memfis Depay yenidən “Mançester Yunayted”ə qayıda bilər.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü “qırmızı şeytanlar” üçün alternative variantlar arasındadır.
“Yuventus” Arkadiuş Miliklə müqavilə imzalamaq qərarına gəldiyi üçün Depayın bu komandaya keçidi böyük ehtimalla baş tutmayacaq. Ancaq “Mançester Yunayted” onun transferi müqabilində “Barselona”ya 10 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, Memfis Depay 2015-2017-ci illərdə “Mançester Yunayted”də çıxış edib.
- Avrokubokların yeni formatı belə olacaq - FOTO
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- "Trabzonspor" - "Fənərbaxça" matçındakı izdihama görə bu futbolçulara intizam işi açıldı
- “Atalanta”nın hücumçusu “Qalatasaray”ın radarında
- “Sumqayıt" heyətini amerikalı legionerlə gücləndirib
0
0