Azərbaycan atleti ölkə rekorduna imza atıb
22.07.2025 - 16:58
Azərbaycan atleti ölkə rekorduna imza atıb

Azərbaycan atleti Əmir İsmayılov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ölkə rekorduna imza atıb.

Apasport.az xəbər verir ki, gənc idmançı 110 metr məsafəyə sədlərlə qaçışda 14.44 saniyə nəticə göstərib.

Bu nəticə U-18 yaş kateqoriyasında yeni ölkə rekordu olub.

İsmayılov qarşıdakı yarış günlərində atletikanın uzunluğa tullanma növündə də mübarizə aparacaq.

Qeyd edək ki, atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski adına milli stadionda keçirilir.