Argentina millisinin hücumçusu Paulo Dibala üçün yeni variant ortaya çıxıb.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir.
Hətta 29 yaşlı forvardın İngiltərəyə köçmək ehtimalı daha yüksək qiymətləndirilir. Çünki vaxt itirmədən hərəkətə gələn “qırmızı şeytanlar”ın rəhbərliyi “Yuventus”un sabiq oyunçusunun menecerləri ilə ikin danışıq aparıb. Premyer Liqa təmsilçisi Dibalanın xidmətində maraqlı olan digər komanda “İnter”i qabaqlamağa çalışır.
Qeyd edək ki, 7 il formasını geyindiyi “Yuventus”dan bu yay ayrılan Paulo Dibala hazırda azad agent statusuna malikdir.
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Premyer Liqa klubu Ronaldonun transferində israrlıdır
- I Liqada 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı bəlli olub
- Krakov-2023: Əkbərov və Məmmədov 1/32 finalda dayandı - YENİLƏNİB
- Andrey Pyatov Azərbaycanda oynaya bilər