Dieqo Kosta "Qremio"da
09.02.2024 - 11:56
![Dieqo Kosta "Qremio"da](https://apasport.az/storage/news/2024/february/09/big/65c5d043b487c65c5d043b487d170746272365c5d043b487a65c5d043b487b.jpg)
Hücumçu Dieqo Kosta karyerasını Braziliya A Seriyasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
“Atletiko”, “Çelsi” və İspaniya millisinin sabiq hücumçusunun müqaviləsi 2024-cü ilin sonuna qədər nəzərdə tutulub. 35 yaşlı futbolçu azad agent kimi "Qremio"ya keçib.
Qeyd edək ki, ispaniyalı futbolçu Braziliya A Seriyasının son 13 matçında 3 qol vurub.
0
0