Dokuya 60 milyon avro ödəndi
24.08.2023 - 22:39
“Mançester Siti” yeni transferini idman ictimaiyyətinə təqdim edib.
Apasport.az saytı xəbər verir ki, “şəhərlilər” Jeremi Doku ilə beş illik müqavilə imzalayıb.
Belçika yığmasının üzvü “Renn”dən transfer olunub. Mançester klubu bu keçid üçün 60 milyon avro xərcləyib.
Qeyd edək ki, Doku Fransa çempionatının ilk 2 turunda bir qolla yadda qalıb.
- Milli tarixində üçüncü
- Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşdi
- “Böyük Dəbilqə”də son gün: 9 cüdoçumuz mübarizəyə başlayır
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Azərbaycanda danışılmış oyun yoxdur – HESABAT
0
0