Dörd futbolçu “Mançester Yunayted”ə lazım olmadı
14.09.2022 - 17:58
![Dörd futbolçu “Mançester Yunayted”ə lazım olmadı](https://apasport.az/storage/news/2022/september/14/big/6321da8269b6d6321da8269b6e16631630106321da8269b686321da8269b6a.jpg)
“Mançester Yunayted” Avropa Liqasının qrup mərhələsinin II turunun “Şerif”lə oyununa 22 futbolçu ilə yollanıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Erik Ten Haq 4 futbolçunun xidmətindən imtina edib.
Bunlar Markus Reşford, Aaron Van-Bissaka, Antoni Marsial və Donni van de Bekdir. Baş məşqçi bu oyunçuları Moldova səfərində görmək istəyib. Portuqaliyalı ulduz Kriştiano Ronaldo isə 22 nəfərlik heyətdə yer alıb.
Qeyd edək ki, “Şerif” – “Mançester Yunayted” oyunu sentyabrın 15-də Tiraspolda keçiriləcək.
0
0