Dünya çempionu daha iki il “Ayntraxt”da - RƏSMİ
01.04.2026 - 22:12
Dünya çempionu daha iki il “Ayntraxt”da - RƏSMİ

"Ayntraxt"da yeni müqavilə qeydə alınıb.

Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Mario Götzenin sözləşməsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 33 yaşlı yarımmüdafiəçi 2028-ci ilin yayına qədər bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Ayntraxt" Mario Götzeni 2022-ci ilin yayında PSV-dən 3 milyon avroya transfer edib. Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olmuş təcrübəli oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol ötürməsi edib.