Duşan Tadiçin yeni komandası müəyyənləşib - Rəsmi
08.08.2025 - 17:40
Bu yay "Fənərbaxça"dan ayrılan Duşan Tadiçin yeni komandası müəyyənləşib.
Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Vahda"da davam etdirəcək.
Bu barədə klub sosial şəbəkə hesabında video paylaşıb.
Adı "Atletiko" və "Ayaks"la hallanan serbiyalı futbolçunun yekun qərarı BƏƏ təmsilçisindən yana olub.
Qeyd edək ki, Tadiç karyerası ərzində "Voyvodina", "Qroningen", "Sauthempton", "Ayaks" kimi klublarda çıxış edib.
- UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı: "Braqa" ilə görüşü buraxacaq
- ABL: "Sabah" növbəti oyununa çıxır
- “Şamaxı” legioneri ilə müqavilə yeniləyib - RƏSMİ
- "Arsenal" və "Liverpul" 100 milyon avroluq oyunçu üçün mübarizə aparacaq
- Rəşad Əzizli: “Milliyə dəvət edilməsəm də, heç vaxt həvəsdən düşməmişəm” – Müsahibə
0
0