"Əl-Nəsr" daha bir ulduza gözünü dikdi
25.02.2023 - 00:51
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Kriştianu Ronaldonun transferindən sonra daha bir ulduzu heyətinə qatmaq istəyir.
Apasport.az xəbər verir ki, klub rəhbərliyi PSJ-nin müdafiəçisi Serxyo Ramosun ətrafı ilə əlaqə saxlayıb və onunla müqavilə imzalamaq istədiklərini açıqlayıb.
Keçmiş "Real"ın və İspaniya millisinin kapitanı Parisdə rahatdır. Lakin PSJ-nin bu yay onunla başa çatan müqaviləsinin müddətini uzadıb-uzatmayacağı bilinmir.
Qeyd edək ki, daha əvvəl "Əl-Nəsr"in "Real"ın yarımmüdafiəçisi Luka Modriçi transfer etmək istədiyi, lakin bundan imtina cavabı aldığı bildirilirdi.
- “Aston Villa” İtaliya klubundakı futbolçusunu geri qaytarıb
- Mert Müldürün qolu Avropa çempionatının ən yaxşısı seçildi
- Azərbaycanı İslam Oyunlarında 6 stolüstü tennisçi təmsil edəcək
- İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxardı
- Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb
0
0