El-Şaday Bitşiabu rəsmən “Qalatasaray”da
02.09.2026 - 22:08
“Qalatasaray” Almaniyanın “Leypsiq” klubunun futbolçusu El-Şaday Bitşiabunu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçunu 2026/27 mövsümünün sonunadək satınalma hüququ ilə icarəyə götürüb.
Razılaşmaya əsasən, “Qalatasaray” icarə üçün “Leypsiq”ə 2 milyon avro ödəyəcək. Müqavilədə nəzərdə tutulan satınalma hüququnun məbləği isə 28 milyon avrodur.
21 yaşlı müdafiəçi İstanbul klubunda illik 2 milyon avro maaş alacaq.
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- "Turan Tovuz" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb
- “Liverpul” mançesterlilərə, “Mançester Siti” liverpullulara doğru
- Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
- “Turan Tovuz” "Neftçi"nin futbolçusunu istəyir
0
0