"Fənərbaxça"nın sabiq ulduzu Elif Elmas "Napoli"dən "Leypsiq"ə keçidindən danışıb.
Apasport.az xəbər verir ki, 2023-cü ilin dekabrında İtaliya A Seriyası təmsilçisi "Napoli"dən "Leypsiq"ə transfer olunan Elif Elmas susqunluğunu pozub.
24 yaşlı yarımmüdafiəçi Bundesliqa klubunun təklifini qəbul etmə səbəbini belə izah edib: "Mənə dəyişiklik lazım idi. "Leypsiq" Almaniyanın böyük klubudur. "Leypsiq"in gənc oyunçulara verdiyi etimadı sevirəm. Mən hələ gənc oyunçuyam, ona görə də, bu yer mənim üçün yaxşı seçimdir".
Qeyd edək ki, Elmas bu mövsüm "Napoli"nin heyətində 16 oyun keçirib, 2 qol vurub.
- Avropa birinciliyinin mükafatçısı Azərbaycan çempionatına qələbə ilə başladı
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- “Sabah” Çempionlar Liqasında!
- Rəşad Sadıqov: "Keçən illə müqayisədə çempionat daha gərgin keçir"
- “Qarabağ”da transfer problemi: RAZILIĞA GƏLMƏK OLMUR