Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlərdə adı mərc qalmaqalı ilə hallanan yerli hakimlərlə bağlı bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, Ərdoğan hökumətin bu məsələyə biganə qala bilməyəcəyini dilə gətirib:
“Son dövrlərdə hakimlərlə bağlı bir məsələ ortaya çıxıb. Mərc qalmaqalında baş verənləri dövlət əli-qolu bağlı şəkildə kənardan izləyə bilməz, nə lazımdırsa etməlidir və hazırda da bunun üçün əlimizdən gələni edirik".
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) 152 hakimi mərc oyunları oynadıqları üçün Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.
- “Qarabağ”ın Avropa Liqasında oyunları ilə bağlı İstanbulda müzakirə
- “Turan Tovuz”un futbolçusu: “Onlardan biri qalib gələcək”
- III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq
- ABF-nin regionlara səfərləri davam edir
- Elvin Cəfərquliyev: "Öz yerimizə qayıtmaq istəyirik"