Fabreqas özünə klub tapdı
25.07.2022 - 09:50
![Fabreqas özünə klub tapdı](https://apasport.az/storage/news/2022/july/25/big/62de2f4debd3562de2f4debd36165872826962de2f4debd3262de2f4debd34.jpg)
İspaniya milli komandasının sabiq futbolçusu Sesk Fabreqasın yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını İtaliya B seriyasında davam etdirəcək.
35 yaşlı futbolçu “Komo” klubuna keçəcək. Tərəflər arasında şifahi razılıq əldə olunub.
İspan futbolçu gələn ay İtaliyaya yollanaraq tibbi müayinədən keçməlidir. Sesk yeni komandası ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Fabreqasın son klubu “Monako” olub.
0
0