
“Marsel” baş məşqçi Marselinyoya qapını göstərib.
Apasport.az saytı xəbər verir ki, bu barədə Fransa klubundan açıqlama verilib.
Sentyabrın 18-də klub rəhbərliyi və baş məşqçinin fanatlarla görüşündən sonra belə qərar çıxarılıb. Azarkeşlər Çempionlar Liqasında “Panatinaikos”a məğlubiyyəti ispaniyalı mütəxəssisə bağışlamayıblar. Bu görüşdən sonra “Marsel”in rəhbərliyinin Marselinyo ilə yolları ayırmaqdan başqa çıxış yolu qalmayıb.
Qeyd edək ki, ÇL-dəki uğursuzluğa baxmayaraq, komandanın Fransa Liqasında işləri pis getmir. Komanda beş oyunda iki qələbə qazanıb və üç dəfə heç-heçə oynayıb.
- Premyer Liqa: VII turun oyun cədvəli
- Ozobiç gözləmə mövqeyində: ÜÇ VARİANT VAR
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- İraqlı cüdoçu Paris-2024-dən diskvalifikasiya olundu
- Donald Gerye Azərbaycandan getmək istəmir – danışıqlara davam