Yunanıstan Super Liqasının 24-cü həftəsində "Panatinaikos" turnirin autsayderi "Kifisiya" (1:1) qarşılaşıb.
Apasport.az xəbər verir ki, Fatih Terimin komandasının autsayderi məğlub edə bilməməsi azarkeşlər arasında səs-küyə səbəb olub.
Bir çox "Panatinaikos" azarkeşləri "liqa artıq bitdi" şərhini yazsa da, bəzi azarkeşlər "Hər halda bu, İvan Yovanoviçin günahıdır", - deyə istehza ilə qeyd ediblər.
Bəzi azarkeşlər Terimi yola salıb Yovanoviçi geri gətirilməsini istəsələr də, bəziləri prezident və Terimin eyni vaxtda istefa verməli olduğunu bildirib.
Qeyd edək ki, təcrübəli çalışdırıcı Yunanıstan Super Liqasında son 2 matçda qalib gələ bilməyib.
- Azad agent statusundakı ulduzlar: Modriç, Eriksen, Müller...
- Çempionlar Liqası: “Mançester Siti”dən məğlubiyyət, “Milan” Madriddən qalib dönür - YENİLƏNİB
- Ronaldo Robben və Messini qabaqladı – tarixdə 7-ci dəfə
- Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb - FOTO
- "Qalatasaray"dan şok açıqlama: FEDERASİYAYA AÇIQ MESAJ