"Fənərbaxça" "Aston Villa"nın müdafiəçisini istəyir
04.01.2025 - 21:09
Türkiyə Super Liqası təmsilçisi "Fənərbaxça"nın daha bir transfer hədəfi bəlli olub.
Apasport.az xəbər verir ki, klub "Aston Villa"nın müdafiəçisi Dieqo Karlosla maraqlanır.
İstanbullular onu icarəyə götürmək niyyətindədir. Futbolçunun birmingemlilərlə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.
Xatırladaq ki, Karlos 2022-ci ilin iyulundan İngiltərə təmsilçisinin şərəfini qoruyur.
Dieqo bu mövsüm bütün yarışlarda 17 oyun keçirib və 5 sarı vərəqə alıb.
- "Sumqayıt" "Neftçi" ilə oyunda azarkeşlərin təhqiramiz şüarlarına görə ziyana düşüb
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək
- "Araz-Naxçıvan"la oyunda zədələnən Onuaçunun durumu bəlli olub
- “Atletiko”dan “Barselona” və Alvarezə cavab: "Satmırıq!"
- Kerem Aktürkoğlu transfer qərarını verdi
0
0