"Fənərbaxça" Dieqo Karlosu rəsmən açıqladı
21.01.2025 - 23:51
Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” müdafiə xəttini gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Aston Villa”dan Dieqo Karlosu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu hazırda tibbi yoxlanışdan keçmək üçün Türkiyəyə gəlib.
Xatırladaq ki, “Fənər” bu transfer üçün Premyer Liqa klubuna 11 milyon avro ödəniş etməli olmuşdu.
Qeyd edək ki, 31 yaşlı müdafiəçi karyerasında “Sevilya”, “Nant”, “Eştoril” və “Madureyra”da çıxış edib.
- Elmar Baxşıyev: “Rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik”
- "Real" Mbappedən imtina etdi, PSJ isə...
- Elçin Məmmədov "Fənərbaxça"nın avrokubok matçına təyinat alıb
- Nərgiz İsmayılova Avropa Gümüş Liqası oyunlarına təyinat alıb
- "Araz-Naxçıvan"ın oyunçusu: "Biz sübut etdik ki, bu yerə elə-belə gəlməmişik" - Müsahibə
0
0