Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo son günlər yaşadıqlarından danışıb.
Apasport.az xəbər verir ki, ulduz futbolçu çətin bir həftə keçirdiyini etiraf edib.
Ronaldo hər zaman olduğu kimi əzmkarlığa güvəndiyini bildirib:
"Çox çalışan insana Tanrı kömək edir. Çətin, qaranlıq bir həftə idi. Hər şey sanki futbolu bitirmişəm kimi başlamışdı. Amma həmişə etdiyim kimi dözdüm. Çünki futboldan daha çox əməyə inanıram. Etiraf etməliyəm ki, çətin idi. Ancaq geri qayıtdıq".
Qeyd edək ki, Ronaldo DÇ-2026-nın K qrupunda Özbəkistanla matçda dubla imza atıb, oyunun ən yaxşı futbolçusu seçilib və Portuqaliya millisinin dünya çempionatları tarixində ən məhsuldar oyunçusuna çevrilib.
- “İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq”
- Afrika Millətlər Kuboku: Yığmanın 3 qapıçısı meydana çıxdı, məğlub oldular
- “Neftçi”dən darmadağın, “Turan Tovuz”dan səfərdə qələbə
- “Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi - YENİLƏNİB
- La Liqada ayın ən yaxşı futbolçusu bəlli olub