"Fənərbaxça" heyətini 19 yaşlı futbolçu ilə gücləndirdi
09.08.2024 - 23:49
!["Fənərbaxça" heyətini 19 yaşlı futbolçu ilə gücləndirdi](https://apasport.az/storage/news/2024/august/09/big/66b66fa121ec866b66fa121ec9172323216166b66fa121ec666b66fa121ec7.jpg)
Super Liqa təmsilçilərindən "Fənərbaxça" növbəti transferini həyata keçirib.
Apasport.az istanbul təmsilçisinin saytına istinadən xəbər verir ki, istanbullular "Bursaspor"dan ayrılan Yiğit Fidanı heyətinə qatıb.
19 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fidan ötən mövsüm 2-ci liqada 31 matçda 1 qol vurub.
0
0