Türkiyə Super Liqa klubu “Fənərbaxça”, Rusiya Premyer Liqa təmsilçisi “Zenit”lə yoldaşlıq matçı keçirib.
Apasport.az xəbər verir ki, daha çox ehtiyat heyətlə meydana çıxan "sarı-göylülər" qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib.
Gərgin keçən görüşdə "Fənərbaxça" azarkeşləri komandalarını tək qoymayaraq tribunaları doldurublar.
Yoldaşlıq oyununda "sarı-göylü" azarkeşlər Ali Koç və rəhbərlikə etiraz ediblər.
Bəzi azarkeşlər “rəhbərlik istefa” şüarları səsləndirərək, illərdir çempionluq olmamasına və son vaxtlardakı pis nəticələrə reaksiya veriblər.
“Fənərbaxça” – “Zenit” 2:1
Qollar: C.Tosun, 20, L.Mercan, 63 – A.Yeroxin, 35
- Qol vurdu, hərəkət göstərdi, qırmızı aldı - HƏTTA TƏƏCCÜBLƏNDİ
- Yüksək Liqada XV tura start verilib
- Qurban Qurbanov: “Keçmişə qayıtmaq istəmirəm”
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- Samir Əliyev: “Onlara azarkeşlik edəcəyəm"