Transfer çalışmalarını davam etdirən "Fənərbaxça"da daha bir ayrılıq baş tuta bilər.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Omar Fayed komandanı tərk etməyə yaxındır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, 21 yaşlı futbolçu ilə "Kocaelispor" yaxından maraqlanır. "Sarı-lacivərdlilər" ötən mövsümü icarə əsasında Portuqaliyanın "Arouka" klubunda keçirən misirli müdafiəçini satmağa müsbət yanaşır.
Digər tərəfdən, Omar Fayed karyerasını Avropada davam etdirməyə üstünlük verir və gələcəyi ilə bağlı qərar verməzdən əvvəl digər variantları da nəzərdən keçirmək niyyətindədir.
Qeyd edək ki, müdafiəçinin "Fənərbaxça" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.