![“Fənərbaxça”da “qələmi qırılan” “7-lik”](https://apasport.az/storage/news/2023/september/05/big/64f708983c42a64f708983c42b169391119264f708983c42864f708983c429.jpg)
“Fənərbaxça”da komandadan ayrılması planlaşdırılan futbolçuların kimliyi bəlli olub.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisində baş məşqçi İsmail Qartal yeddi futbolçunun gedişi üçün rəhbərliyə raport verib.
Bu səbəbdən də “sarı-lacivərt”lilər legionerlərdən Luan Peres, Omar Fayed, Jin-Ho Jo, yerli futbolçulardan isə Samet Akaydın, Nazım Sanqare, Əmrə Dəmir və Burak Kapacıkı transferə çıxarıb. Əcnəbilərin satılması, yerlilərin isə icarəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, Super Liqada 3 turdan sonra maksimum nəticə göstərən “Fənərbaxça” turnir cədvəlinin ilk pilləsində yer alır.