"Fənərbaxça"dan 30 milyonluq tələb
27.11.2023 - 21:51

“Fənərbaxça”nın futbolçusu Ferdi Kadıoğlu karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 24 yaşlı türkiyəli Dortmund "Borussiya”sının maraq dairəsindədir.
Almaniya təmsilçisi bu transferi yanvarda gerçəkləşdirmək istəyir. “Fərbərbaxça” müqaviləsi 2026-cı ildə başa çatacaq futbolçu üçün 30 milyon avro tələb edir. Transfer baş tutmasa, dortmundlular icarə təklifi edəcək. Almaniyanın digər klubu "Bavariya" da futbolçu ilə maraqlanır.
Qeyd edək ki, cari mövsüm 19 matça çıxan futbolçu 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
- Holan: "Dünya çempionatını evdən izlədim, əsəbləşdim"
- Təmsilçimiz Polşa turnirində iştorak edib
- Taekvondoçumuz dünya çempionatının 1/16 finalında uduzdu - YENİLƏNİB
- Azərbaycan İdman Mediasının İrəvanda bayrağımızın yandırılması ilə bağlı BƏYANATI
- Emin Mahmudov: “Psixoloji cəhətdən problem yaşayırdıq”
0
0