“Fənərbaxça”nı arzulayır
26.12.2022 - 16:36
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Apasport.az saytı xəbər verir ki, Fransa “Lion”unun müdafiəçisi Jerom Boatenq İstanbul klubunda çıxış etməyin əleyhinə deyil.
Təcrübəli futbolçu menecerləri tərəfindən artıq “Fənərbaxça”ya təklif edilib. 34 yaşlı Boatenq klubunu dəyişməkdə maraqlıdır.
Qeyd edək ki, Boatenq bu mövsüm “Lion”a cəmi dörd oyunda kömək edib.
- "Qarabağ"ın akademiyasının komandaları üçün seminar təşkil olunub
- ABL: "Quba" öz meydanında məğlub oldu
- Rayan Kentə Fransadan sürpriz təklif
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- Azərbaycan güləşçisi AÇ-dən diskvalifikasiya olundu
0
0