"Fənərbaxça"nın rəqibində ayrılıq
24.07.2025 - 13:35

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi “Feyenoord”dan David Hantsko ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı cinah müdafiəçisi tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.
David ötən mövsümdə 47 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Feyenoord” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Fənərbaxça" ilə qarşılaşacaq.
0
0