“Fənər”dən Tuta həmləsi
15.01.2025 - 15:11
Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” heyətini gücləndirməyə hazırlaşır.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərdlilər” “Ayntraxt” forması geyinən Tutanı transfer etməyə çox yaxındır.
Keçidin 10 milyon avro + bonuslar şəklində baş tutacağı bildirilib. Braziliyalı mərkəz müdafiəçi də bu transferə müsbət yanaşır.
Qeyd edək ki, 25 yaşlı Tuta bu mövsüm Almaniya klubunun heyətində çıxdığı 23 rəsmi matçda 1 qol vurub. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.
- "İnter" 35 milyon avroya yeni müdafiəçi tapıb
- Qurban Qurbanov: "Səfərdə buradakından daha çox güc düşəcək"
- “Qarabağ”ın futbolçusu Almaniyaya baxışa yollanıb
- "Fənərbaxça" La Liqa klubunun futbolçusu üçün rəsmi danışıqlara başladı
- Məhəmməd Abdullayev: “Növbəti dünya çempionatlarında “bürünc”ü “qızıl”a çevirməyə çalışacam”
0
0