Fermin Lopez Premyer Liqa təmsilçilərinin radarında
22.08.2025 - 14:33
"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopez ilə İngiltərə Premyer Liqası təmsilçiləri yaxından maraqlanırlar.
Apasport.az xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" ispaniyalı futbolçunu rənglərinə bağlamaqda israrlıdır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Hər iki klub 22 yaşlı oyunçu üçün 80 milyon avroluq rəsmi təklif göndərib.
"Barselona" rəhbərliyi bu transferin reallaşması ilə qeydiyyat problemlərinin aradan qalxacağına inansa da, Hansi Flik Fermini satmaq niyyətində deyil.
- Riçard Almeyda və Adama Diakabi ölkə kubokunun finalından sonra "Qarabağ"dan ayrılacaqlar
- “Neftçi” FİFA-nın qırmızı siyahısında: Transfer qadağasının səbəbi bilindi
- Halil Atlı: “Mövsümün ən bərbad oyununu keçirdik”
- Sabiq “Arsenal”lı Çempionşip klubuna rəhbərlik edəcək
- Yığmamızın sabiq baş məşqçisi vəfat edib
0
0