Fernando Torres İspaniya klubuna rəhbərlik edə bilər
10.09.2024 - 12:31
![Fernando Torres İspaniya klubuna rəhbərlik edə bilər](https://apasport.az/storage/news/2024/september/10/big/66e000b3d6e9b66e000b3d6e9c172595627566e000b3d6e9966e000b3d6e9a.jpg)
La Liqa təmsilçilərindən "Atletiko Madrid" baş məşqçisini dəyişə bilər.
Apasport.az xəbər verir ki, İspaniya klubunun rəhbərliyi Dieqo Simeonu “Atletiko”nun ikinci komandasında çalışan Fernando Torreslə əvəzləyə bilər.
2011-ci ildən "Atletiko"nun mentoru vəzifəsini argentinalı mütəxəssis Dieqo Simeone tutur. Onun klubla müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
İspaniya çempionatının yeni mövsümündə “Atletiko” 4 turdan sonra 8 xal qazanıb.
0
0