FIFA federasiyanın üzvlüyünü dayandırdı
16.08.2022 - 10:05
FIFA Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünü dayandırıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Üzvlüyün dayandırılmasına səbəb üçüncü şəxslərin federasiyanın fəaliyyətinə müdaxiləsi olub ki, bu da FIFA nizamnaməsini ciddi şəkildə pozur.
Bu isə o deməkdir ki, bu il oktyabrın 11-dən 30-dək Hindistanda keçirilməsi nəzərdə tutulan 17 yaşadək qızlar arasında dünya çempionatı başqa ölkəyə veriləcək.
- Messi oynamadı, "İnter Mayami" qələbə qazandı
- Rəşad Eyyubov: “Neftçi”nin yeni transferlərinin uyğunlaşma vaxtı çoxdan bitib” - Müsahibə
- UEFA millimizin B liqasına yüksəlməsi üçün şans yaratdı
- “Barselona”nın futbolçusu 4 həftəlik sıradan çıxdı
- “Trabzonspor” Türkiyə millisinin üzvünü heyətinə qatıb - RƏSMİ
0
0