Firmino da Səudiyyə Ərəbistanına getdi
05.07.2023 - 11:11
![Firmino da Səudiyyə Ərəbistanına getdi](https://apasport.az/storage/news/2023/july/05/big/64a517c196a9164a517c196a92168854112164a517c196a8f64a517c196a90.png)
Daha bir ulduz futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, İngiltərə Liverpul"unun sabiq hücumçusu Roberto Firmino "Əl Əhli" klubu ilə müqavilə imzalayıb.
31 yaşlı forvard 2026-cı ilin yayına kimi bu komandanın formasını geyinəcək. “Əl-Əhli” ingilislərlə müqaviləsi başa çatan futbolçunun azad agent kimi rənglərinə bağlayıb.
Qeyd edək ki, komanda daha öncə "Çelsi"nin qapıçısı Eduard Mendini heyətinə qatıb.
0
0