Flik ən yaxşı adına layiq görüldü
24.03.2025 - 15:21
İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada "Barselona"nı çalışdıran Hans-Diter Flik layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Alman mütəxəssis sorğuda Manuel Pelleqrini (“Betis") və Klaudio Giraldesi (“Selta Viqo”) qabaqlayıb. Flik bu mövsüm 4-cü dəfə ayın məşqçisi adına layiq görülüb.
Qeyd edək ki, "Barselona" mart ayında La Liqada 2 oyun keçirib. Kataloniya təmsilçisi"Real Sosyedad" (4:0) və "Atletiko"nu (4:2) məğlub edib.
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- Zaur Bayramov: "Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir"
- Ramosun “Sevilya” variantı
- “Qarabağ” “Qəbələ” ilə oyuna itkilərlə çıxacaq
- Avropa Liqası: "Arsenal" Lissabonda sülhə razılaşdı
0
0