Fransa Futbol Federasiyası ona həvalə
10.06.2023 - 14:11
![Fransa Futbol Federasiyası ona həvalə](https://apasport.az/storage/news/2023/june/10/big/64844c8a29b9c64844c8a29b9d168639194664844c8a29b9a64844c8a29b9b.png)
Fransa Futbol Federasiyasının (FFF) yeni prezidenti bəlli olub.
Apasport.az saytı xəbər verir ki, bu vəzifəni Filipp Diallo müvəqqəti icra edəcək.
O, 2024-cü ilə qədər postunda qalacaq.
Federasiyanın Baş Assambleyasının iclasında 91,26 faiz səs toplayan 59 yaşlı Diallo daha bir il işini davam etdirəcək.
Qeyd edək ki, FFF-in keçmiş rəhbəri Noel Le Qre bu ilin əvvəlində vəzifəsindən uzaqlaşdırılıb. Funksioner cinsi təcavüzə görə istefa verib.
0
0