Fransa Kubokunda sürpriz final: "Lans" - "Nitsa"
23.04.2026 - 01:01
Futbol üzrə Fransa Kubokunda final oyunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, ikinci yarımfinal matçında "Nitsa" səfərdə "Strazburq"un qonağı olub.
Rəqibini 2:0 məğlub edən "Nitsa" adını finala yazdırmağı bacarıb.
Onların həlledici matçdakı rəqibi ötən gün "Tuluza"nı mübarizədən kənarlaşdıran "Lans" olacaq.
0
0