Fransa millisinin üzvü rəsmən “Atletiko”da
09.06.2025 - 20:32

İspaniya La Liqası təmsilçilərindən "Barselona"nı tərk edən Kleman Lanqlenin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, müdafiəçi karyerasını "Atletiko Madrid"də davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu Madrid təmsilçisi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Fransa millisinin üzvü son mövsümü icarə əsasında "Atletiko"da keçirib.
0
0