Jandarma Mərkəzi Əməliyyatlar Bölməsi (UCO) korrupsiya araşdırması çərçivəsində İspaniya Futbol Federasiyasına (RFEF) basqın edib.
Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın rəsmi xəbər agentliyi "EFE" məlumat yayıb.
Madridin 4 saylı Majadahonda Birinci İnstansiya Mülki Məhkəməsində başladılan istintaqın, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun göstərişi ilə UCO-ya bağlı qrupların bu səhər RFEF-də axtarış apardığı məlum olub.
Ölkə mətbuatında yer alan iddialarda, müxtəlif dövlət qurumları və özəl qurumlarla bağlanmış müqavilələrdə korrupsiya və çirkli pulların yuyulması ilə bağlı iddiaların son 5 ili (2018-2023) əhatə edən RFİF-in keçmiş rəhbərliyinin apardığı inzibati işlərlə bağlı olduğu bildirilib.
- Parataekvondoçularımız Türkiyədəki turnirdə iştirak edəcəklər
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
- “Neftçi”nin qapıçısı Azərbaycan çempionatlarında 100-cü matçını keçirib
- Qurban Qurbanov: "Leverkuzenə ümidsiz getmirik"
- "Xankəndi"dən yeni transfer