Ən çox danışılmış oyunların olduğu idman növləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları ilə əməkdaşlıq edən İBİA-nın tərtib etdiyi siyahının ilk pilləsində tennis qərarlaşıb.
Son 3 ayda 39 matçla bağlı araşdırmalara başlanılıb. Hazırda həmin görüşlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılır.
İkinci pillənin sahibi dəyişib. Son vaxtlar populyarlığı artan kiberidman danışılmış oyun sayında da “yüksəlişdədir”. Futbol isə üçüncü sıraya yuvarlanıb.
Tennisdəki danışılmış oyunlar əsasən Avropanı əhatə edir. Cənubi Amerika və Asiya isə daha çox futbolda çirkin əməllərlə məşğuldur.
Bu dövrün ən korrupsiyalı turnirləri isə Mərakeş və Tunisdəki tennis yarışlarıdır. Afrikada 6 qarşılaşma danışılmış olub.
Ön sıralarda qərarlaşan digər idman növü isə stolüstü tennisdir. Amma bukmeker kontorları bu növə pul qoyuluşlarına limit tətbiq edir. Bu üzdən də danışılmış oyunlarla məşğul olanlar üçün kiçik qazanc cəlbedici sayılmır.
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
- MY "Beşiktaş"da oynayan futbolçunu icarəyə götürdü – RƏSMİ
- Jiru ABŞ klubunda - RƏSMİ
- Fabreqas Bundesliqa təmsilçisinə rəhbərlik edə bilər
- Millinin baş məşqçisi: "Uduzsaq da, futbolçular çox yaxşı çıxış etdilər"