“Golden Boy” mükafatını Bellingem qazanıb
29.10.2023 - 15:12

İngiltərə yığmasının üzvü Cud Bellingem ilin ən yaxşı gənc futbolçusu seçilib.
Apasport.az saytı xəbər verir ki, 20 yaşlı futbolçu “Golden Boy” mükafatına layiq görülüb.
“Real”ın oyunçusu sorğuda iştirak edən KİV nümayəndələrinin təxminən 95 faizinin səsini toplayıb. Yayda “Borussiya”dan 103 milyon avroya transfer olunan Bellingem qısa müddətdə komandanın ulduzuna çevrilib.
Qeyd edək ki, Cud “Real”ın heyətində meydana çıxdığı ilk 13 oyunda 13 dəfə fərqlənb.
- "Real Madrid" yarımmüdafiəçisi ilə yollarını ayıra bilər
- Ançelotti: “Uğur üçün yaxşı məşqçi yox, yaxşı oyunçular lazımdır”
- AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
- Azərbaycanlı MMA döyüşçüsü UFC-də debüt döyüşünə çıxır
- "Qarabağ" avrokuboklardan qazandığı məbləğə görə 47-cidir
0
0